Yazını böyüt
Yazını kiçilt
Ermənistan Qazax rayonuyla sərhəddə yerləşən Kirants(Güney) kəndində beton sədd çəkir.
Hafta.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
“Kirants yolunda dünəndən fəaliyyətsiz olan beton ayırıcı divar artıq ucaldılıb. İşlər davam edir. Dünəndən etibarən İcevandan Ermənistan-Gürcüstan sərhədinə gedən avtomobillərin hərəkəti dolama yoldan, qonşu Açarkut kəndindən keçir.. Paralel olaraq Kirantsdan keçən yeni yol da çəkilir”, - xəbərdə belə deyilir.
Xatırladaq ki, rəsmi İrəvan delimitasiya və demarkasiya proseslərindən sonra Qazaxın işğalda olan 4 kəndini Azərbaycana qaytarıb.